adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BARIT ÇƏLLƏYİ PARTLADI...

FAİQ QİSMƏTOĞLU
124780 | 2020-09-28 12:44

(Əvvəli ötən sayımızda)

 

Barıt çəlləyi partladı

 

... Sentyabrın 27-də səhər saat 6:00-dan Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq bütün cəbhə boyu istiqamətlərdə mövqelərimizi atəşə tutdular. Eyni zamanda, Füzuli istiqamətində də ermənilər ağır artilleriyadan və toplardan yararlanaraq yaşayış məntəqələrimizi və bir  çox strateji əhəmiyyətli mövqelərimizə zərbələr endirdi. Ancaq çox keçmədi ki, Azərbaycan ordusu onlara bir-birinin ardınca layiqli cavablar verdi. Düzdür, Cocuq Mərcanlının və Horadizin atəşə tutulması ermənilərin ən böyük səhvi idi. Və bu çanaq da onların başında çatladı. Və ermənilər düşünürdülər ki, Cocuq Mərcanlıda  yarımstansiyanı sıradan çıxarmaqla nəyəsə nail olacaqlar. Və həmişə də onlar döyüşə başlayarkən yaşayış məntəqələrini, əhalinin sıx olduğu yerləri atəşə tutublar. Bu atəş zamanı həm Füzulidə, həm də Cəbrayılda mülki əhali arasında yaralananlar olub. Amma çox keçmədi ki, ermənilər Azərbaycan ordusu tərəfindən ağır zərbələr aldılar. İrimiqyaslı hücum əməliyyatı zamanı Füzulinin kənd Horadiz (onu da deyək ki, bu, rayonun ən iri kəndlərindən biridi), Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı kəndləri və eləcə də Cəbrayılın Böyük Mərcanlı, Nüzgar yaşayış məntəqələri 27 illik işğaldan sonra azad edildi. Təbii ki, Azərbaycan ordusunun bu möhtəşəm qələbəsi həm Füzuli, həm də Cəbrayıl camaatı arasında çox böyük ovqat və ruh yüksəkliyi yaradıb. Üstəlik də insanlar axın-axın yollara çıxır, ordumuzun  yanında  olur və onunla həmrəyliyini bildirirlər.

 

Horadizin gözəlliyi  ermənilərin gözünə girib

 

... Hər dəfə döyüş başlayanda ermənilər çalışırlar ki, yenidən tikilmiş və inşa olunmuş Horadiz şəhərinə zərbələr endirsin. Düzdür, bu döyüş zamanı müəyyən yerlərə mərmilər də düşüb. Ancaq dağıntı bir o qədər də nəzərə çarpmır. Yəni Azərbaycan Ordusunun apardığı operativ əməliyyat nəticəsində ermənilərin Cocuq Mərcanlı və Horadiz şəhərinə yaxın olan bütün yüksəkliklər ələ keçirildi. Və bu gün demək olar ki, Horadiz şəhərində iş günü davam edir. Belə bir məqamda biz də bir neçə yerə baş çəkməli oluruq. Elə birinci baş çəkdiyimiz ünvan “Füzuli Mərkəzi Rayon Xəstəxanasının” Publik Hüquqi Şəxsin direktoru Natiq Şükürovdur. Və belə bir şəraitdə biz onunla az da olsa söhbət etməyə nail oluruq. Təbii ki, müharibə şəraitində işləmək və bütün səhiyyə sistemini idarə etmək özü də böyük məsuliyyət tələb edir. Natiq həkim deyir ki, Füzuli səhiyyəsi 24 saat fəaliyyətdədir. Bu zaman kəsiyində biz həm mülki əhalinin, həm də döyüş zamanı  baş verən, xəsarət alan əsgərlərimizin xidmətindəyik. Və bütün yaşayış məntəqələrində fəaliyyət göstərən xəstəxanalar və tibb məntəqələri də müharibə şəraitinə uyğun işləyir.

Öncədən onu qeyd edim ki, bütün tibbi ləvazimatlar və preparatlar və eləcə də digər zəruri avadanlıqlar bizim  xidmətimizdədir. Və heç bir çətinlik və sıxıntı keçirmədən Füzulinin bütün tibb personalı öz üzərinə düşən funksiyanın öhdəsindən bacarıqla gəlir. Döyüş başlayan ilk saatdan bu vaxta qədər bizim hamımız iş başındayıq, hər hansı mövcud təhlükəni və problemi həll etmək gücündəyik. Heç bir həkim, heç bir cərrah, heç bir tibb bacısı Füzulidə iş yerini tərk etməyib. Elə mənim özüm səhərə qədər iş başında olmuşam və bir saat da yatmamışam. Təbii ki, bizim hər birimizdə çox yüksək nikbinlik var. Bu nikbinliyi də Azərbaycan ordusu yaradıb. Qısa zaman kəsiyində 7 kəndimiz işğaldan azad olunub. İstər-istəməz vətənin keşiyində duran və onun torpaqlarını qoruyan Azərbaycan  Ordusunu bu uğurlar bizə bir daha yenidən sevdirir!

Biz Prezidentə və Ordumuza inanırıq!

Bu fikri bizimlə söhbətində Yeni Azərbaycan Partiyasının Füzuli rayon şöbəsinin sədri Almaz Həşimova deyir.  Və biz də Almaz xanımla Horadiz şəhərində YAP-ın rayon şöbəsindəki qərargahında görüşürük. Almaz xanımdan savayı digər partiya üzvləri də gərgin işləyirlər və üzərlərinə düşən missiyanı yerinə yetirirlər. Və ən sevindirici hal odur ki, bu gün Horadiz şəhərində bütün müəssisələr, istehsalat sahələri öz fəaliyyətindədir. Bu da ona dəlalət edir ki, ordakı insanlar Azərbaycan Prezidentinə və onun möhtəşəm ordusuna güvənir. Ara-sıra top, artilleriya səsi eşidilsə də, insanlar çox sakitdilər. Elə YAP-ın Füzuli rayon şöbəsinin sədri Almaz xanım da partiya üzvlərinin bu müharibə dönəmində necə mücadilə etdiyini və mübarizə apardığını bizim diqqətimizə çatdırır. Xanım bildirir ki, biz Azərbaycan Prezidentinə və Azərbaycan Ordusuna güvənirik. Ermənilər Horadiz şəhərini ağır artilleriyadan və toplardan atəşə tutsa da, bəzi dağıntılar yaransa da, amma bu nə Füzuli camaatını, nə də Horadizdə yaşayıb-işləyən insanları ruhdan sala bilmədi. Ən azından ona görə ki, bu gün Horadizdə hətta qadınlar iş başındadılar və silaha sarılıb düşmənlə döyüşməyə hazırdılar.

 

Bütün füzulilər Azərbaycan Prezidentinin və Azərbaycan Ordusunun yanındadı

 

Bu gün Füzulidə böyükdən kiçiyə hamı ayaq üstədi, cənab Prezidentə və Azərbaycan Ordusuna dəstək verir. Füzulinin 5 kəndi işğaldan azad olunandan sonra insanlar əllərində bayraq Bakı-Horadiz yolunda hərəkət edərək orduya arxa durur  və döyüşmək istədiklərini bildirirlər. Rayonun Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli, Mahmudlu, Aşağı Yağlıvənd, Kərimbəyli, Babi, Araytılı, Şükürbəlyi, Alxanlı və eləcə də Yeni salınmış Zobucuq və Qayıdış qəsəbəsindən yüzlərlə insan  rayon mərkəzinə gələrək döyüşmək istədiklərini bildirirlər. Rayonun Böyük Bəhmənli kəndindən tanıdığım 50-yə yaxın gənc əlində bayraq səfərbərlik idarəsinin Füzuli rayon şöbəsinə gələrək könüllü surətdə döyüşmək istədiklərini bildirirlər. Rayonun bütün kəndlərində, bütün qəsəbələrində, bütün yaşayış massivlərində yaşayan  insanlar böyük coşqu və sevgiylə “biz vətənimizi qoruyuqur!” – deyərək ordunun yanında olduqlarını bildirirlər. Bu möhtəşəmlik, bu sevgi 2016-cı ildə də qabarmışdı, indi də bir daha yenidən vulkan kimi püskürür, 7-dən 77-yə qədər bütün insanların bir yumuruq kimi birləşərək torpaqlarımızı erməni işğalından azad etməyə səsləyir. Artıq yatmış şir oyanıb. Bunun qarşısında  nə erməni ordusu, nə onun Livandan, Suriyadan gətirdiyi muzdluları, nə də PKK kimi terrorist döyüşçüləri dura bilməyəcək. Heç  havadarları da onlara qahmar çıxmayacaq. Artıq onların “əmiləri”, “dayıları”, “bibiləri” prezident İlham Əliyevə yalvarmağa başlayıblar. Artıq bu həna o hənadan deyil. Artıq topraqlarımız işğaldan azad olunacaq, ermənilər çəkilib öz xarabasına gedəcək, 8 rayonumuz geri qayrılacaq və bundan sonra danışıq masası arxasına keçmək olar. Azərbaycan xalqı bu gün Azərbaycan Prezidentinin və Azərbaycan Ordusunun yanındadır.

 

Füzuli şəhərinin bir addımlığında...

 

... Artıq səhər saatlarından xəbərlər alırıq ki, ordumuz Füzulinin daha bir neçə kəndini işğaldan azad edib.  Bəli, bu orduya, bu əsgərə, bu döyüşçülərə güvənmək olar. Artıq səhər saatlarında Müdafiə Nazirliyi  bir məlumat da yaydı ki, ordumuzun döyüşçüləri ermənilərin iki tankını sıradan çıxarıb. Və həmin görüntülər müxtəlif televiziya kanallarında da nümayiş etdirildi. O səhnəyə baxanda bir daha sevinc hisslərini yaşadıq. Tanklar məhv edilərkən onun qarşısında və arxasında hərəkət edən erməni əsgərləri ora-bura qaçırdılar. Və artıq erməni ordusu pərən-pərən düşüb. Onlar ağır texnikanı, tankları, topları, qrad qurğularını qoyub dabanına tüpürərək qaçıblar. Çünki arxadan gələn oyanmış şirdi! O şirin qabağında çaqqal-çuqqal, tülkü və onun havadarları dayana bilməyəcək! Artıq Azərbaycan Ordusu Füzuli şəhərinin bir addımlığındadır. Onların nələr keçirdiyini, hansı hisslər yaşadığını mən yaxşı bilirəm. Çünki torpaq həsrəti, vətən həsrəti çəkənlər torpağın azad olunmasının nə olduğunu hamıdan yaxşı bilirlər. Bu gün Azərbaycan əsgəri Füzuli şəhərinə doğru irəliləyir... bu gün Azərbaycan ordusu gözünü qırpmadan Cəbrayıl istiqamətində döyüşləri uğurla davam etdirir... bu gün döyüşən oğullar əsarət altında 27 ildir ki, qalıb bizi gözləyən torpağımızı azad edərək onu geri qaytarır...

Müharibənin öz qaydaları var: düşəmənə qarşı heç vaxt rəhm etmək olmaz! Zori Balayan kimi alçaq yazırdı ki, Xocalı işğal olunanda südəmər uşağı evin divarına mıxlayıblar. Və uşaq da ağlayanda onu kiritmək üçün anasının döşünü kəsib ağzına soxublar. Dünya müharibəsində heç vaxt belə cəlladlıq, amansızlıq olmayıb. Heç faşistlər də belə hərəkət eləməyiblər. Amma faşistlərin eləmədiyini ermənilər Xocalıda, Qaradağlıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə... eləyiblər. Onlar bizim əhaliyə nə eləyiblərsə, biz də o qisası almalıyıq. Qoy dünya birliyi nə deyir desin, yurdumuzu dağıdanların yurdunu dağıtmalıyıq... ana-bacımızı öldürənlərin ana-bacısını öldürməliyik... hamilə qadınlarımızın süngü ilə qarnını cırıb körpə uşağı doğruyanların qarınlarını cırmalıyıq... uşaqlarını da doğramalıyıq. Müharibədə humanistlik, ürəyi yumuşaqlıq keçmir. Çünki anası, arvadı, qaynanası erməni olan vəzifəli şəxslər uzun müddət o torpaqları qaytarmağa və qisasımızı almağa imkan verməyiblər. İndi torpaqlarımızı azad etdikcə, ermənilərdən qisasımızı da almalıyıq.

Təndir çörəyi

 

Füzulinin “dördyol” deyilən yaşayış sahəsində çoxlu sayda təndir çörəyi bişirilən yerlər var. Xüsusən də Bala Bəhmənli kəndi ərazində yerləşən bu təndirlərdə heç yerdə ətri, dadı olmayan çörək bişirilir. O çörəyin ətri 10-15 metrdən hiss olunur. Səhər saatlarından düz axşama qədər bu təndirdə çörək bişirilir. Müharibə başlayan ilk gündən bir gün də olsun təndir çörəyi bişirlməyi dayanmayıb. Və orda işləyən ana-bacılarımız çox çətin şəraitdə çörək bişirirlər və əhalini təndir çörəyi ilə təmin edirlər. Hətta hərbçilərimizin ordan çörək aldıqlarının şahidi oluruq. Özü də qara çörəyə daha çox üstünlük verilir. Mən çörək bişirən həmin qadınların bir neçəsi ilə söhbət eləyirəm. Onlar deyirlər ki, sentyabrın 27-si səhər saatlarında döyüş başlasa da, biz təndirimizi qaladıq, xəmirimizi yoğurduq və kündəmizi təndirə yapdıq. Çörəklərimiz də çox qəşəng bişib. Biz çörək bişirdiyimizə baxmayın ha, lazım gəlsə döyüşə də bilərik. Bu gün vətənin ən ağır günüdür. Və ən ağır günündə biz öz üzərimizə düşən işin öhdəsindən bacarıqla gəlirik və heç birimiz bu yurdu, bu təndiri tərk edib gedən deyilik...

 

Qələbə bizimlədir

 

... Cəbhənin bütün bölgələrində ağır döyüşlər gedir. Və ağır döyüşlərə Azərbaycan Ordusu ilə yanaşı, on minlərlə könüllülərlə qoşulmaq istəyir. Bu həm də Vətən müharibəsidir. Vətən müharibəsi hər bir  insanı vətən daşı olmağa, onu qorumağa səsləyir. Azərbaycanda hamı bir nəfər kimi bu döyüşə, bu mücadiləyə hazırdır!.. Əgər 55 min adam könüllü surətdə döyüşmək istəyirsə, onda görün bu nə böyük bir qüvvədir. Heç Ermənistan ordusunda 55 min döyüşçü yoxdur. Hətta mən yazını bilgisayara diqtə eləyərkən qəzetimizin hər iki əməkdaşı Gülər və Mehriban xanım döyüşə getmək istədiklərini bildirirlər. Eşq olsun, belə qızlarımıza! Və Azərbaycanda Gülər xanım kimi, Mehriban xanım kimi minlərlə kişi qeyrətli xanımlar cəbhəyə gedib ordumuzun yanında dəstək olaraq döyüşmək istəyirlər. Haqq-ədalət bizim tərəfimizdədi. Çünki biz işğal altında olan torpaqlarımızı azad etmək istəyirik . Bir o Allah şahiddir ki, Azərbaycan heç kimin torpağına göz dikməyib. Ona görə də bu xalq, bu millət ürəyini buz kimi saxlaya bilər: Böyük Qələbə bizimlədir!!!

 

Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Bəhmənli-Horadiz-Bakı

 

TƏQVİM / ARXİV