adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: ERMƏNİSTAN QAÇAN ƏSGƏRLƏRİN ACIĞINI 

AQİL ABBAS
153798 | 2020-10-06 12:50

bizim dinc əhalidən çıxmaq istəyir

 

27 sentyabrdan  başlayan əks-hücum əməliyyatı bu gün də uğurla davam edir. Suqovuşandan sonra artıq görkəmli yazıçı Sabir Əhmədlinin doğulduğu  Cəbrayıl şəhərində də müqəddəs bayrağımız dalğalanır və Cəbrayılın bir neçə  kəndi də  düşməndən azad olunub .

Həm  televiziya kanallarında, həm də  videolarda görürsünüz ki,  Ermənistan ordusunun  əsgərləri  öz canlarının  hayındadılar, hətta  tanklarını, hərbi texnikalarını, silah-sursatlarını   atıb qaçırlar.  Əsgərlərimizin qarşısında duruş gətirə  bilmirlər. Qaçmalarının  bir səbəbi də təbii ki, ayaqlarının  altındakı torpağın onların olmamasıdır.  Hər bir erməni  çox gözəl bilir ki, Qarabağ Azərbaycandır! Və bu  əsgərlərin  çoxu da  Qarabağa  məcburi şəkildə  göndərilib. Gətirdikləri PKK-çılar, terrorçular  və muzdlu  əsgərlər də  pul  üçün vuruşur və sonda  pula da  tüpürür, canını  qurtarmaq istəyir.  Biri var pul üçün vuruşasan, biri var VƏTƏN üçün.

Biz Vətən  üçün vuruşuruq. Allah yolunda, din yolunda, Vətən  yolunda, torpaq yolunda  İmam Hüseynin şəhidlik məktəbini  keçmişik. Canımız bu Vətənə fəda!

Və Ermənistan da özünün qaçan  əsgərlərinin  acığını bizim dinc əhalimizdən çıxmaq istəyir. Nəinki  cəbhə  boyu  kəndlərimiz, rayonlarımız, eləcə də cəbhə xəttindən 100-200 kilometr  aralıda olan şəhər və kəndlərimizi  raket atəşinə  tuturlar. Burda bir məqsəd dinc əhali  arasında  panika  yaratmaqdısa, ikinci  məqsəd yenə də Azərbaycanı  təxribata   çəkməkdir.

 

Onlar  Gəncəni, Göygölü,  Mingəçeviri, Şəmkiri, Xızını, Abşeron rayonunu raket  atəşinə  tuturlarsa, bizim  adekvat cavabımız da Ermənistanın  şəhər və rayonlarını  vurmaqdı. Və istəyirlər ki,  biz bu  addımı  ataq və nəticədə  onlar  Kollektiv Təhlükəsizlik Şurası Təşkilatının üzvlərini də bu müharibəyə cəlb eləsinlər.  Və Azərbaycanı  təkləsinlər.

Hələ ki biz bu  təxribata  uymuruq. Amma qaradan  artıq rəng yoxdu. Ermənistan  bütün  qohum-əqrəbalarını, bütün  kərtənkələləri, hətta  Makronu da döyüşə  qatsalar, xeyri yoxdu. Azərbaycan Ordusu  güclüdür, qüdrətlidir və həm də İlahi Ədalət  bizim  tərəfimizdədir.

Möhtərəm  Prezident, Ali  Baş Komandan Cəbrayılın azad olunmasından  sonra  çıxışında da bir daha  bütün  məsələlərə  yekun  vurdu.  Və bildirdi ki, bizim bircə şərtimiz var, Ermənistan  silahlı qüvvələri  Qarabağdan (Dağlıq Qarabağ da onun içində)  çıxarılandan sonra hansısa danışıqlardan  söhbət  gedə bilər. Əks halda, heç bir danışıqdan  söhbət gedə bilməz.

Ali Baş Komandanın  hər  çıxışı  həm xalqda, həm də ön cəbhədəki əsgərlərimizdə  qələbəyə  böyük inam və ruh  yüksəkliyi  yaradır.

Tanrı xalqımızı qorusun! 

Tanrı əsgərlərimizi  qorusun!

Tanrı Ali Baş Komandanımızı qorusun!

TƏQVİM / ARXİV