adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Oktyabr 2020 10:29
86520
MARAQLI
A- A+

Çernobılda nəhəng kəpənək aşkar edildi - FOTO

Çernobılda quş böyüklüyündə kəpənək aşkar olunub.

Tvzvezda.ru xəbər verir ki, Çernobıl Radiasiya-Ekoloji Biosfer qoruğunun elmi şöbəsinin əməkdaşları quş boyda nadir kəpənək aşkar ediblər.

Kəpənək özü alimlərə tərəf uçub. Bu barədə qoruğun “Facebook” səhifəsində məlumat verilib.

Pulcuqqanadlı Ukraynanın Qırmızı Kitabına nadir növ olaraq daxil edilib və Avropada yaşayan kəpənəklərin ən böyük növlərindən biridir. Kəpənəyin ön qanadının uzunluğu 45 millimetr, uçuş zamanı qanadlarının uzunluğu isə 110 mm-ə çata bilər. Kəpənək gecələr uçur və işığa qarşı aktiv reaksiya verir.

Qoruğun “Facebook” səhifəsində bildirildiyi kimi, yağışlar dayandıqdan sonra qoruğa qovaq ağacı gətiriləcək, belə ki, bu, kəpənəyin ən sevdiyi ağacdır.