adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Oktyabr 2020 21:33
33125
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan əsgərlərinin yanındayam - Məşhur aktyor

Əslən azərbaycanlı olan Türkiyənin məşhur aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə Qarabağ savaşı ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, aktyor həmişə Azərbaycanın yanında olduğunu bildirib.

“Bir millət, iki dövlət” əbəs yerə demirik. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”, - T.Qaradağlı bildirib.

Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib:

“İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda”.

Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.