SON DƏQİQƏ:

SAVAŞ  SUÇLULARI  = PUTİN - MAKRON

  80891   |  
Şriftin ölçüsü  

“Milli varlığımıza düşman olanlarla dost olmayalım. Böylələrinə karşı... “Türküm və düşmanım sana, kalsam da bir kişi!” diyəlim"

Atatürk

 

Azərbaycan otuz ilə yaxındır 1828-ci ildə ruslar tərəfindən gətirilib dədə-baba torpaqlarımızda məskunlaşdırılan haylar tərəfindən yenə rusların dəstəyi ilə qırğınlar törədilərək öz yurdlarından qovulan, vətəni bölünüb-parçalanan, bölünüb-parçalanmış vətəninin 20 faizi yenə də rusun dəstəyi ilə işğal edilən torpaqlarının sülh yoluyla özünə qaytarılmasını istəmişdir. Yaradılan dırnaqarası Minsk Qrupu isə işğala və Ermənistan tərəfindən bu müddət ərzində yaradılan təcavüzlərə ancaq tamaşaçı qalmış, Azərbaycanı ləngidərək bu məsələnin yaddan çıxarılmasının xülyasını görmüşdür. Ermənistanın təcavüzləri dayanmadığından bıçaq sümüyə dirənmiş və Azərbaycan ayağa duran qəhrəman ordusuyla yağıya dərsini vermişdir.

Azərbaycan xarici işlər nazirinin Moskvaya təkidlə dəvət edildiyi zaman görüşdüyüm hər bir şəxsə bu addımın rusun yeni bir oyunu olduğunu söylədim və düşüncələrimdə yanılmadım, çünki bu milləti tarixdən yaxşı tanıyıram.

Türkiyədə bir çox TV kanalında ekspertlər Paşinyanın qərb tərəfdarı olduğunu, Putinə qulaq asmadığını, yeni çar Putinin də ona dərs vermək məqsədilə Azərbaycanın bu quldur və terrorçu dövlətə dərs verdikdə səsini çıxarmadığını, çıxarmayacağını dilə gətirirdilər. Şəxsən onlara istehza ilə baxırdım, çünki Fransa rəhbəri Makron ilə Putin eyni yuvanın quşudur. Hər ikisi də imperialist xarakterli dövlətlərin qansoran xislətli rəhbərləridir.

Fransa müstəmləkəçilik siyasətinə 1524-cü ildə başlamış və Afrikanın qərbiylə şimal hissəsində iyirmidən artıq ölkədə hakimiyyət qurmuş, üç yüz il boyunca buraları qarət etmiş, insanlarını kölələşdirmişdir. İkinci Dünya Müharibəsində Fransanın səfində döyüşən Əlcəzairə döyüşdən sonra müstəqillik verəcəklərini vəd etmişlər, ancaq hərbdən sonra sözlərinə əməl etməmişlər və Əlcəzairlilər öz müstəqilliyini istədikdə soyqırıma tabe tutulmuşlar. Afrikanın digər bölgələrində öz azadlığını və müstəqilliyini əldə etmək üçün gedən nümayişlərdə Fransa iki milyondan artıq Afrikalını qətlə yetirərək soyqırım törətmişdir. Fransanın keçmiş dövlət rəhbəri  François Mitterrand, "Le Figaro" qəzeti müxbirinə 1998-ci ildə müsahibə verərkən "Afrika ölkələrində soyqırımların yaranması o qədər də önəmli hadisə deyildir" demiş, onları insan belə saymamışdır. Bugünkü Makron ilə dünənki Mitterrand arasında heç bir fərq yoxdur, bu kaftarla o kaftar arasında bəlkə sima yönündən fərq vardır, ancaq xislət eynidir.

Bəs dünənki çarlarla bugünkü Putin arasında fərq vardırmı?! 20 Yanvar günü tankların altında çığnanan, güllələrlə biçilən insanlar rusun çörəyini əlindən almışdı ki?! Bəs Xocalı Soyqırımını yaradan yalnızca ermənilərdirmi? 366-cı motoatıcı alayının köməyi olmasaydı, rus hərbçiləri döyüşə ermənilərin səfində girməsəydi erməni hansı cəsarətlə o soyqırımı törədə, o boydakı torpaqlarımızı işğal edə bilərdi?

Putin, qərbə yönəlmiş, xüsusilə Fransa rəhbəri Makron ilə qol-boyun olmuş Paşinyana qarşı deyildir, olada bilməz. Çünki rus üçün terrorçu erməni dövlətinin başında Paşinyan və ya Köçəryan olmuş heç fərqi yoxdur, təki rusun çaldığı qaydada oynasın və hər başa gələn də elə o qaydada oynayır.

Bir haşiyə: Köçəryan, özünü zindana saldırsa da, Paşinyana qarşı hər hansı əks addım atmamış, milli maraqları xatirinə hətta ona dəstək olmuşdur, olmaqdadır.

Putinin də Makronun da əlləri Tərtərdə, Gəncədə və digər yerlərdə erməni dövləti tərəfindən törədilən dövlət terroru səbəbiylə tökülən məsum insanların, uşaqların, qadınların qanına bulaşmışdır.

Putin təkidlə Azərbaycan xarici işlər nazirini çağırıb 11 saatlıq görüş axırında ermənilərə nəfəs dərdirmək və onları yeni silah-sursatla təchiz etmək üçün atəşkəs qərarını yaratmışdır. Çünki bu döyüşdə qəhrəman Azərbaycan ordusunun belə bir uğura imza ata bilmiyəcəyini hesablamış, ancaq hesabı düz çıxmamışdır. Cənab Prezident demişkən, Azərbaycan Ordusu statusu dəyişdirmişdir.

Bu xisləti və geninə güvənilməz hay xalqı gülə-oynaya qəbul etdiyi atəşkəsə düşündüyümüz kimi uymamış və sivil insanların ocağına bomba yağdıraraq hərbi cinayət işləmişdir. Onlara bu cəsarəti verən Makrondur və Putindir. Qərb dünyası isə ağzına su alıb indiyə kimi danışmamışdır. 2015-ci ilin yanvar ayının 7-si günü "Charlie Hebdo" jurnalına edilən terror hücumu səbəbilə bir anda ayağa duran Avropa dövlətləri Gəncəyə tullanan rusun verdiyi raketlə törədilən savaş suçu qarşısında hələlik laldır, kardır, kordur.

Türk xalqı bunları yaxşı tanıyır və bunların dəbbağda gönünə yaxşı bələddir. Minsk qrupu artıq missiyasını bitirmişdir, çünki Rusiya da, Fransa da açıq-aşkar erməniləri dəstəkləyir və Azərbayan buna qarşı çıxmalı, Türkiyənin də olduğu yeni bir qurumun yaradılaraq işə daxil olmasını istəməlidir.

Artıq Azərbaycan Ordusu qaldığı yerdən davam etməli və Azərbaycan torpaqlarında bu murdar xalqdan bir dənə də qalmamaq şərtilə qovulmalıdır. Sülh bağlanacaqsa, Azərbaycanın işğal edilən kənd və şəhərlərinə vurulan zərbələr, dağıdılan bu yərlər üçün təzminat alınmalı, haylar dünya qarşısında Azərbaycandan üzr istəməli və bir daha hər hansı torpaq iddiasında olmayacağını qəbul etməlidir. Digər tərəfdən Azərbaycan, 1921-ci illərdən başlayaraq, əlindən ruslar tərəfindən zorbalıqla alınıb haylara bağışlanan Göyçə, Zəngəzur, Dilican və Naxçıvan torpaqlarının da taleyi məsələsini gündəmə gətirilməlidir.

Seyfəddin Altaylı,

Ankara,altaylı[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK