adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Oktyabr 2020 14:20
68247
ƏDƏBİYYAT
A- A+

Zəka Vilayətoğlu: Qarabağı Şuşasından tanıram!

Şuşam, səni, üzünü görməsəm də,

Xan əminin gur səsindən tanıram!

Üzeyirin, ürək kimi döyünən,

bəstəsindən, nəğməsindən tanıram!

 

Yad deyiləm, mən də sənin balanam,

hər ağrını, hər dərdini alanam!

Zaman-zaman atəşinə qalanan,

oğulları nəfəsindən tanıram!

 

İllərdir, sərvətin yağma-yağmadı,

Ömrümüzə sənsiz Günəş doğmadı!

Yurdumuzun hər qarışı doğmadı,

Qarabağı Şuşasından tanıram!

 

 

19.10.2020