adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2020 18:45
55110
TEXNOLOGİYA
A- A+

“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür

“WhatsApp” messencer proqramının veb versiyasında audio və videozənglər yerinə yetirmək funksiyası işə salınacaq.

Adalet.az-ın məlumatına görə, bu funskiya beta-sınaq mərhələsini keçsə də, hələlik istifadəçilər üçün əlçatan deyil.

Qeyd olunur ki, messencerdən zəng zamanı kompüterin ekranında üzən pəncərə peyda olacaq. Həmin pəncərədə zəngə cavab vermək və ya imtina etmək düymələri yer alacaq.

Bundan başqa, “WhatsApp”ın veb versiyası üçün qrup zəng funksiyasının işə salınması üzrə hazırlıqlar gedir.