adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2020 12:52
43645
MARAQLI
A- A+

İradə Tuncay: İtin azadlıq eşqi 

Keçən ilin günü yazmışammış. İt məsələsi nəttər aktual oldusa

***

"Bazar günü maşını həyətdən çıxaranda it sivişib qaçdı küçəyə... Qanım qaraldı da--gəl indi qaytar həyətə.  Qonaqlarım da qapıda gözləyir, getməliyik. 

İndi içimdə fikirləşirəmki ,ay avara hara qaçırsan axı ? Küçədə yaşaya bilərsən ? Müstəqil olmaq hünərin var sənin ? Küçə doludu canavar kimi küçə itləriynən. Yeyərlər səni ay axmaq ,qayıt !! Özü də mənim kimi sahibədən qaçarlar ?! 

Nəysə qaytarıb gətirdik bunu küçənin o başından ...Qonaqlardan biri də diaqnoz qoydu -- sizin itin azadlıq eşqi iki tin qaçmağa çatdı..."