adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Oktyabr 2020 12:30
31647
SİYASƏT
A- A+

İlqar Əlfioğlunun statusundan

Amerikanın tədris ilinin ilk günü sinif rəhbəri uşaqları yeni gələn şagirdlə tanış edir.

- Uşaqlar, tanış olun, bu Yaponiyadan gələn Şakiro Suzukidir. İndi isə dərsimizə başlayırıq. Görək, tarix fənnini necə öyrənmisiniz. “Azadlıq və ölüm?” sözünü kim deyib?

Sinifdə tam sakitlik.

Suzuki əlini qaldıraraq:
- Patrik Genri. 1775-ci il, Filodelfiya.

- Çox yaxşı. Bəs, “Dövlət – xalqdır, ona görə də heç kim ölməməlidir”?

Yenə də Suzuki:

- Avraxam Linkoln, 1863-cü il, Vaşinqton.

Müəllim ciddi surətdə sinifə baxır:

- Ayıbdır, uşaqlar! Suzuki yaponiyalıdır, amma Amerika tarixini hamınızdan yaxşı bilir!

Bu vaxt arxa cərgədən sakit səs gəlir:

- Zi...bil yaponlar.

Müəllim səs gələn tərəfə çevrilərək:

- Kim dedi???!!!

Suzuki ayağa qalxaraq:

- General Mak Artur, Qvadalkanal adası, 1942-ci il.

Sinif tam sükut içində, arxadan gələn səs:

- Get əmməyinin dalınca!

Əsəbdən üzü qızarmış müəllim:

- Kiiimmm???!!!

Suzuki tez yerindən qalxaraq:

- Bill Klinton oval kabinetdə Monika Levinskaya, Vaşinqton, 1997-ci il.

Özündən çıxmış sinifdən səs:

- Suzuki p.xdur!!!

Bir saniyənin içində cavab:

- Valentino Rossi, Braziliyanın Reo-de-Janeyro şəhərində keçirilən Qran Pri Motosiklet yarışlarında, 2002-ci il – deyə yapon cavab verir.

Sinif həyəcan içində, nüəllimin ürəyi gedib, bu vaxt sinifin qapısı açılır və özündən çıxmış məktəb direktoru:

- Siz burda nə ilə məşğulsunuz? Hamınızı iti qovan kimi qovaram!!!

Oturmağa macal tapmayan Suzuki:

- Azərbaycanın prezidenti İlham Əliyev erməni işğalçılarına müraciət edərkən, 2020-ci il, Bakı.