adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Oktyabr 2020 21:33
26773
İDMAN
A- A+

Ronaldo "Barselona"ya qarşı oynamayacaq

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Barselona" ilə oyunu  buraxacaq.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun növbəti koronavirus testi də müsbət çıxıb. UEFA-nın protokoluna görə, Kataloniya təmsilçisi ilə görüşdə iştirak etmək üçün 35 yaşlı oyunçunun matçın başlama vaxtından bir həftə əvvəlki testi mənfi çıxmalı idi.

Xatırladaq ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxub.

Qeyd edək ki, "Yuventus" - "Barselona" qarşılaşması oktyabrın 28-i keçiriləcək.