adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Oktyabr 2020 13:51
27969
ELM VƏ TƏHSİL
A- A+

Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik

Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub.

Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində artıq 8 məktəblimiz həlak olub, 16 məktəblimiz isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!