adalet.az header logo
  • Bakı 13°C
24 Oktyabr 2020 16:58
37872
HADİSƏ
A- A+

Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Adalet.az-ın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bununla bağlı məlumat paylaşılıb.

Məlumatda bildirilir: “Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”.