adalet.az header logo
  • Bakı 19°C
26 Oktyabr 2020 12:06
13176
GÜNDƏM
A- A+

MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.