adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Oktyabr 2020 14:35
17627
DÜNYA
A- A+

Rusiya Prezidenti yeni təkliflə çıxış edib

Rusiya prezidenti Vladimir Putin Avropada gərginliyin azldılması üçün Orta və Yaxın məsafəli raketlərlə bağlı Müqaviləyə baxılması təklifini bəyan edib. ” Beynəlxalq təhlükəsizliyin və strateji stabilliyin təmin edilməsi üçün bu Müqavilə mühüm elementlərindən ən vacibidir.Bu Müqavilə avropa məkanında paket sahəsinin genişləndirilməsinin qarşısını ala bilər”. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı sənədlərdə deyilir.

Xatırladırıq ki, ötən il ABŞ Rusiyanı  maqvilənin şərtlərini pozmaqda günahlandıraraq, onu tərk etdiyini bəyan etmişdi. Moskva bu ittihamları qəbul etməyərək Vaşinqtonu onları maraqlandıran suallara cavab tapmaq üçün görüşə dəvət etmişdi. Lakin Vaşinqton görüşdən imtina etmişdi.

Vladimir Putin hələ o zaman ABŞ-ın Müqavilədən çıxmaq qırarını səhv addım kimi qiymətləndirərək, bunun raket istehsalının genişləndirilməsinə aparacaq risklə qarşılaşa biləcəyini bildimişdi.

“ Yaranmış vəziyyətlə bağlı dövlətlər arası yaranan inamsızlığın yumşaldılması üçün aktiv hərəkətə keçmək lazımdır. Həmçinin dövlətlər arası anlaşılmazlıq və raket silahlarının yerləşdirilməsi ilə bağlı fikir ayrılığını minimuma endirməyə çalışmalıyıq”- deyə Putin qeyd edib.

 

Rüstəm Hacıyev