adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Oktyabr 2020 22:11
26761
İDMAN
A- A+

Almeyda "Zirə"yə keçidindən danışdı

“Zirə”nin yeni transferi Riçard Almeyda paytaxt təmsilçisinə keçidini şərh edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı  braziliyalı yarımmüdafiəçi bunları deyib:

“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".

Qeyd edək ki, Almeyda 2017-ci ildən Azərbaycan millisində oynayır. O, 2011-2018 və 2019/2020-ci illərdə “Qarabağ”da çıxış edib.