adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2020 23:34
36604
İDMAN
A- A+

Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşdi

Millətlər Liqasının 5-ci turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Adalet.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq millimizin ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Komandamızın 4-cü turda Kiprlə görüşü (0:0) Albaniyanın Elbasan şəhərində olub.