Qarabağ bölgəsində baş verən yenilikləri diqqətinizə çatdırmamışdan əvvəl dünya təcrübəsində dəfələrlə görülmüş bir hadisəni sizə xatırlatmağı lazım bildim.
Deməli, ötən il, ABŞ-ın Texas əyalətində yaşayan Cenifer Sutklif adlı qadının həyat yoldaşı bağçada təmizlik işləri aparan zaman ilan görür ilanı zərərləşdirmək üçün başını kəsir. 1.25 metrlik uzunluqda olan ilan isə başı kəsilsə də ölmür.
Kişi isə ilanı öldüyünü düşünür və onun başını bağçadan yığışdırmaq istəyən zaman başı kəsilən ilan onu dişləyir. Kişiyə ilan zəhəri keçir. Cenifer həyat yoldaşına ilk təcili yardım göstərsə də vəziyyəti get-gedə ağırlaşır. Bundan sonra onu helikopter ilə xəstəxanaya çatdırırlar. Bir neçə gün tibbi yardım göstəriləndən sonra Corpusun vəziyyəti düzəlir, amma böyrəklərində hələ də problem olduğu deyir. Bunun zəhərin təsirindən olduğu deyilir. Arizona Universitetinin alimi Lesli Bayer açıqlamasında deyib ki, ilanları başını kəsmək ilə öldürmək olmaz. İlanlar başı kəsiləndən 2 saat sonra ölürlər.
1 aydan artıqdır ki. Müzəffər ordumuz cənnət Qararabağımızın dağına-daşına, çölünə- düzünə sarılmış, orada yuva qurmuş ilanların terrorçu ermənilərin başını əzdikcə , başı kəsilmiş, məğlub edilmiş, 30 illik uydurmaçı “güc-qüdrət”i yerlə yeksan olmuş ermənilər Texas ştatındakı həmin ilana dönüblər. Kəsik başları ilə qarşılarına keçəni qapır, onlarıa doğuluşdan canlarında gəzdirdikləri zəhəri axıtmaqda davam edirlər.
Bildiyiniz kimi, işğal altındakı torpaqlarımızın azad olması uğrunda Azərbaycan ordusunun əks hücum əməliyyatları başlayandan Ermənistan silahlı qüvvələrinin dinc Gəncə şəhərini ballistik raketlərlə atəşə tutur. 4, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Gəncənin raket və artilleriya atəşinə tutması nəticəsində 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Dünyanın, beynəlxalq aləmin dinc əhalini qəsdən vurmasını seyr etməsi erməni ilanlarını yenidən cuşə gətirdi. Beləki, humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdu. Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 4 mülki şəxs həlak oldu və 10 nəfər uşaq və qadın ağır yaralandı. Bu hadisə yenə də başı kəsilmiş ilan əhvalatını xatırladır. Bəli, mülki insanlara qarşı istifadəsi qadağan olan kasetli raketlər insan itkisinin çox olmasını labüdləşdirir.
Təbii ki, Azərbaycan xalqı bu duruma öz etirazını bildirir. Ağdam rayonu Sarıcalı kəndindən olan 45 ilin müəllimi Paşa mövzuya təmkinlə başlasa da emosiyalarınıa hakim ola bilmədi. O bildirdi ki, “kişilik” anlamının nə olduğunu bilməyən bir topluma, “kişi də uşağa, qadına, qocaya əl qaldırarmı?” demək, sanki bir itə kitab oxutmaq qədər absurd bir hərəkətdir: “ O vaxt əfsanəvi qəhrəman Şamil Basayev maraqlı bir fikir işlətmişdi. Demişdi ki, qafqazlılarda namus. Qeyrət. Kişilik kimi müqəddəs anlayışlar var amma ermənilərdə yoxdu. Yəni ki, ermənilərin əsli- kökü olmadığına, qafqazlı olmadığına görə o müqəddəs anlamları bilməzlər. Mənşəyi məlum olmayan bu məxluqlar onsuzda əllərindən gələn pisliyi iki yüz ildi xalqımıza edirlər. Nəinki tək azərbaycanlılar, hətta Xocalı soyqırımını gözləri ilə görmüş dünya xalqları da ermənilərin dinc əhalini atəşə tutmasına təəccüblənməməlidirlər! Biz də təəccüblənmirik! Qorxmuruq! İnadımız da inaddır! Ali Baş Komandanımızın dediyi kimi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Paşa müəllimin həyat yoldaşı Səmayə xanım da Sarıcalı kənd məktəbində uzun illər müəllimə işləyib. Söyləyir ki, hələ aprel döyüşləri zamanı təmas xəttinin cəmi 300 metrliyində yerləşən evinə mərmi düşmüşdü: “ Evimizin üstü tamamilə, pəncərə və qapıları qismən dağılmışdı. Müharibə bitəndən sonra dövlətimizin köməkliyi sayəsində evimiz yenidən təmir olundu və 27 sentyabra qədər biz orada rahat yaşamışıq. Hazırda kəndimiz də, Çəmənli, Əhmədağalı, Mahrızlı, Zəngişalı, Qaradağlı, Çıraqlı hər gün mərmi atəşlərinə məruz qalır. Evlər , təsərrüfatlar, obyektlər dağılır. Hamısı əsgərlərimizin bir telinə qurban olsun! Mənim canımda səngərdə döyüşən igidlərimizə qurban! Vallah, o evlərdən də. Obyektlərdən də. O təsərrüfatlardan da yaxşısını müharibədən sonra yaradacağıq, quracağıq.
Amma əsas münasibəti Azərbaycan ordusu cəbhədə sərgiləyir. Dünəndən bu günə qədər cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Erməni yenə öz əməlindən əl çəkmir. Bərdə şəhərinə ağır artilleriyadan mərmi atəşlərinə məruz qalıb.
Amma bu atəşlər, bu mərmilər heç kimsəni qorxutmur! Qorxutmayacaq da! Qarabağ Azərbaycandır!
Əntiqə Rəşid
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri