adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Oktyabr 2020 09:18
17759
DÜNYA
A- A+

Hakerlər Trampın seçki kampaniyasının saytını sıradan çıxarıb

ABŞ prezidenti Donald Trampın seçki qərargahından verilən məlumata görə, kampaniyanın saytına haker hücumu olub.

“Bu axşam erkən saatlara D.Trampın seçki kampaniyasının veb saytı sıradan çıxardılıb. Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik”, - Ağ Ev başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində yazıb.

T.Mertau əlavə edib ki, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər.

“Saytın işi artıq bərpa edilib”, - deyə, o bildirib.