adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Oktyabr 2020 12:20
24781
SİYASƏT
A- A+

TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ BÖYÜK ELÇİSİ ERKAN ÖZORAL CƏNABLARINA

Sayın Böyük Elçi!

Qardaş Türkiyənin Cümhuriyyət bayramının 97-ci ildönümü münasibətilə Sizi , bütün Türk xalqını, eləcə də bütün dünya türklərini ürəkdən təbrik edirik. Bu gün bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan özünün ən şərəfli tarixini yaşayır. Bu tarix bizim üçün ərazilərimizin bütövlüyü, qardaşlığımızın zirvəsidir. Heç kim bu qardaşlığı və Atatürkün qurduğu Cümhuriyyəti yenə bilməz! 

İnanıram ki, yaxın günlərdə Siz də bizim Zəfər bayramımızı təbrik edəcəksiniz.

Tanrı Türkü qorusun! Tanrı Rəcəb Tayyib Ərdoğanı qorusun!

Nə mutlu Türkəm deyənə!

 

Hörmətlə: Aqil ABBAS,

millət vəkili