adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Oktyabr 2020 14:08
16307
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz

Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: “Nikol Paşinyan, siz kasetli raket hücumu ilə Bərdənin mülki əhalisini qorxutmaq istədiniz? Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür. Böyük səhv etdiniz, hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. Biz sizin cinayətlərinizi göstərmək üçün indi də Tərtərə gedirik”.