adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Oktyabr 2020 15:35
33343
HADİSƏ
A- A+

Ermənistan 7 halda “Skad” raketlərindən istifadə edib

Ermənistan tərəfindən törədilən hərbi cinayətlər zamanı 7 halda “Skad”, 32 halda isə "Smerç" tipli raketlərdən istifadə edilib.

Adalet.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 11 və 17 oktyabr tarixlərində Gəncəyə 3 ballistik “Skad” raketi atlıb.

“Ermənistan silahlı qüvvələri Kürdəmir və Qəbələ şəhərlərinə də “Sakd” tipli raketlər atıb. S-300 zenit-raket komplekslərindən istifadə olunub. Bəzi hallarda “Toçka-U” “Smerç” quruğalarından atılıb. Sonuncu dəfə Bərdə şəhərinə atılan silah kasset tipli bombalar olub.

Əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb. “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb”.