adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2020 15:38
42488
HÜQUQ
A- A+

 Baş prokuror: "Ermənistanın muzdlulardan istifadəsi artıq təsdiqlənib"

“Ermənistanın muzdlulardan istifadə etdiyi artıq təsdiqini tapıb və onların 6-sı barəsində beynəlxalq axtarışa verilib. Artıq onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb”.

Adalet.az -ın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, muzdlu kimi döyüşlərdə iştirak edən Yunanıstan, Liviya, Suriya vətəndaşları barədə də araşdırmalar aparılır. Belə ki, istintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək.

Baş prokuror qeyd edib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və Azərbaycanda olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunub.