adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2020 19:17
55146
DÜNYA
A- A+

İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb  - YENİLƏNİB VİDEO

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

X X X

17:57

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

X X X
16.48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.