adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Oktyabr 2020 17:26
26813
GÜNDƏM
A- A+

Bərdə və Tərtəri atəşə tutan daha 2 “Smerç” bu gün məhv edildi - Video

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 30-u, saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini təqdim edirik: