adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Oktyabr 2020 19:00
20479
DÜNYA
A- A+

Tatarıstanda polis bölməsinə hücum edən yeniyetmə güllələnərək öldürüldü

Rusiya İstintaq Komitəsi Tatarıstanın Kukmor şəhərində polis bölməsinə edilən hücumdan sonra terror aktına cəhd və hüquq-mühafizə orqanlarının işçilərinin həyatına qəsdlə əlaqədar cinayət işi açıb.

İstintaq Komitəsindən verilən məlumata görə, oktyabrın 30-na keçən gecə 16 yaşlı gənc “Molotov kokteyli” istifadə edərək rayon polis şöbəsinin binasını yandırmağa cəhd edib və bir polis məmuruna ən azı üç bıçaq zərbəsi ilə xəsarət yetirib.

Bu zaman cinayət yerində olan başqa bir polis məmuru havaya bir neçə xəbərdarlıq atəşi açandan sonra gəncə ölümcül atəş açmağa məcbur olub.  

Aldığı xəsarətlər nəticəsində yeniyetmə həkimlərin hadisə yerinə gəlişinə qədər vəfat edib.

“İnterfaks” agentliyi isə məlumat verir ki, cinayəti həyata keçirən yeniyetmə oğlan Başqırdıstan sakini olub və ekstremizmə meylli olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınıb.

Tatarıstanın Daxili İşlər Nazirliyi orqanlarından bildirilib ki, bıçaq yaraları alan polis xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə yoxdur.