adalet.az header logo
  • Bakı 12°C
30 Oktyabr 2020 19:44
20751
DÜNYA
A- A+

Böyük Britaniya Ermənistanın mülki məntəqələri atəşə tutmasını qətiyyətlə pisləyir

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsində mülki məntəqələrin atəşə tutulmasını qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Nil Buş deyib.

O bildirib ki, Böyük Britaniya humanitar atəşkəs rejimi barədə razılaşmanı alqışlayıb, amma bu rejimə əməl olunmaması ilə əlaqədar məyusluğunu ifadə edir:

“Biz yaşayış rayonlarının atəşə tutulmasını qətiyyətlə pisləyirik. Mülki əhali arasında qurbanlar barədə daim verilən məlumatlar bu münaqişənin günahsız insanlara təsirinin bariz nümunəsidir. Bizim mövqeyimiz aydındır, mülki məntəqələrin atəşə tutulması mühakimə olunmalıdır”.

O, həmçinin ölkəsinin ATƏT Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçilik rolunu dəstəklədiyini vurğulayıb.