adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 21:10
23819
DÜNYA
A- A+

Kreml Qarabağa sülhməramlılarının gətirilməsi ilə bağlı sualı cavabsız qoydu

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov sülhməramlılarının Qarabağdakı münaqişə zonasına yerləşdirilməsi ilə bağlı sualı cavabsız qoyub.

Bu sual Kreml nümayəndəsinə jurnalistlərlə söhbət əsnasında verilib.

“Prezidentin Bakıdakı və Yerevandakı həmkarı ilə danışıqlarında mümkün həll yolu ilə bağlı ən geniş aspektlərə toxunulur”, - deyə o, cavab verib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, “hər hansı bir sülhməramlı qüvvə münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirilə bilər”.