adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 21:33
39233
İDMAN
A- A+

“Uca tanrı onları bu həyatda da, o birində də alçaldacaq” - Həbib Nurməhəmmədov

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov Fransa prezidenti Emanuel Makronun bir neçə gün öncə müsəlmanları təhqir etməsinə münasibət bildirib.

Qol.az xəbər verir k, rusiyalı idmançı İnstaqram hesabındakı paylaşımında Makronun fikirlərinə sərt reaksiya verib

“Uca Allah azad söz şüarı altında milyard yarımdan artıq müsəlmanın hisslərini təhqir edən bu məxluqun və bütün davamçılarının simasını eybəcərləşdirsin.

Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq. Allah öz hesabını aparandır və siz bunu görəcəksiniz. Biz müsəlmanlar öz peyğəmbərimiz Məhəmmədi (Allahın həmd və salamı olsun) analarımız, atalarımız, uşaqlarımız, həyat yoldaşlarımız və ürəyimizə yaxın olan digər insanlardan çox sevirik. Mənə inanın ki, bu təxribatların onun yanında qalmayacaq, sonluq həmişə Allahdan qorxanların tərəfindədir”.

Xatırladaq ki, oktyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verdikdən sonra bir çox müsəlman ölkələri Fransaya nota göndərib. Bəzi Yaxın Şərq ölkələri Fransa məhsullarını boykot edib.