adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 23:10
34821
MƏMLƏKƏT
A- A+

Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər daha da gücəndirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları bu məqsədlə sanitar-karantin qaydalarına ciddi şəkildə əməl edilməsinə nəzarəti həyata keçirir.

Təşkil olunan reydlər zamanı qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən insanlar arasında profilaktiki söhbətlər aparılır və sosial məsafənin, tibbi maskadan istifadənin əhəmiyyəti, zəruriliyi diqqətə çatdırılır. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici broşürlər paylanılır.

Tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.