adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2020 18:31
22483
SİYASƏT
A- A+

Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib

İzmirdə baş verən zəlzələdən dərhal sonra ilk olaraq zəng vuran və keçmiş olsun diləklərini çatdıran, kömək etməyə hazır olduğunu bildirən Azərbaycanın Fövqəladə Hallar naziri, qardaşım Kəmaləddin Heydərova təşəkkür edirəm.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Tvitter”də yazıb.

“Sevincli və kədərli günlərdə birik!”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu gün İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olub, 120 nəfər yaralanıb.