adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Oktyabr 2020 18:41
37957
HADİSƏ
A- A+

Ermənistanın artilleriya atəşləri nəticəsində Goranboyda meşədə başlayan yanğın söndürülüb

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a məlumat verilib.

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.