adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Oktyabr 2020 19:11
20169
GÜNDƏM
A- A+

Anar Eyvazov: Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır

Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.

Adalet.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib: “Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!”.