adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Oktyabr 2020 10:15
30202
GÜNDƏM
A- A+

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Adalet.az-s Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.