7 saat sürən Cenevrə danışıqları nə ilə nəticələndi? - Əzizə İsmayılova yazır 

ƏZİZƏ İSMAYILOVA
131990 | 2020-10-31 10:43

Heç nə ilə. Yenə də qondarma Sarsax respublikasının nağılları ilə...

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşlə bağlı bəyanatında deyilir ki,  "Azərbaycan və Ermənistan Dağlıq Qarabağda mülki obyektləri və dinc əhalini hədəfə almamağa razilaşıblar və bir də hərbi əsirlərin siyahılarını ATƏT və Qırmızı Xaç Komitəsinə təqdim etməyə razı olublar ki, onlara görüşə bilsinlər və mübadiləyə imkan yaransın."

 

Fikir verirsinizmi ki, bu boyda hadisədən sonra da bu Minsk qrupunun məsələyə yanaşmasında heç nə dəyişməyib. Eyni nağıllar... 

 

Guya Minsk Qrupu bilmir ki, biz elə əvvəldən mülki obyektləri vurmuruq, dinc əhali hədəfimiz olmayıb, bu gün də deyil?... Hətta MN-nin yaydığı vidrolarda da aşkar görünür ki, hər hansı texnika vurulanda belə ordan qaçıb uzaqlaşmağa çalışan əsgərlər vurulmur.

 

Guya Minsk Qrupu bilmir ki, Azərbaycan DQ-dan kənara heç nə atmır, əksinə Ermənistan öz ərazisindən bizim dinc əhalini hədəfə alır,  KTMT-ni məsələyə kurs etmək, Rusiyanı döyüşə cəlb etmək üçün öz ərazisindən birbaşa terror siyasəti yeridir?

 

Guya Minsk Qrupu bilmir ki,  Ermənistandır hər dəfə söz verəndə bizim dinc əhaliyə qarşı terror əməli törədir? Ermənistan  Gəncəni, Bərdəni qana boyadı, Tərtər rəşadətlə mübarizə aparır, Goranboy, Ağcəbədi, Yevlax və s. rayonlarımıza raket atır, mülki infrastrukturu darmadağın edir?

 

Guya Minsk Qrupu bilmir ki, o Ermənistandır öz əsirlərinə və ölülərinə yiyəlik etmək istəmir? Hətta birtərəfli şəkildə əsirlərini və meyitlərini götürməkdən imtina edir? 

 

83 yaşlı xəstə biri cəhənnəmə vasil olandan sonra balağını başına keçirir ki, "bizim əsirə jestoko obraşat eliyiblər deyə ölüb ömrünün bu çiçək açan vaxtında".

 

Guya Minsk Qrupu bilmir ki, o Ermənistandır ki, hətta diplomatik korpus əməkdaşlarının Tərtərdə, Bərdədə olduğunu bilə-bilə ora raket atdı? 

 

Bütün bunları ATƏT- in Minsk Qrupu bilmirdi? Bilmirdisə, nəyin Qrupudur o? Nəyi nizamlamağı düşünür?  Adı nə idi bu 7 saatlıq danışığın? 

 

Kim bilir, bəlkə Ermənistana vaxt baxımından nəsə qazandırmağa çalışırdılar yenə. Nə desən edər bunlar..

 

Görüşdən bizim hər hansı bir gözləntimiz vardımı?

 

 Ali Baş Komandanın xalqa müraciətinə qayıdaq..

 

“Mən etiraz eləmirem, görüşsünlər.  O qədər mənasız görüşlər olub ki... Bu 28 il ərzin o qədər mənasiz göruşlər olub ki.. Biri artiq, biri əskik... fərq eləməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram... Mən isteyirem ki, mənası olsun.”

 

 Nə deyibsə, düz deyib. Bir daha sübut olundu.

 

Bizim bir həqiqətimiz var - #karabakhisazerbaijan və NİDA işarəsi!" Biz o işarəni lazımi yerə qoyana kimi gedəcəyik və #QƏLƏBƏBİZİMDİR!

TƏQVİM / ARXİV