adalet.az header logo
  • Bakı 16°C
31 Oktyabr 2020 10:48
24483
GÜNDƏM
A- A+

Erməniyə əsla, amma əsla inanmaq olmaz - Elçin Alıoğlu yazır

Bu qoca qadını yəqin tanıdınız. Xocavənd rayonunun 85 yaşlı sakini Yevgeniya Babayandır.

Oktyabrın 16-da onu əsgərlərimiz görmüş, maşına oturtmuş, Bakıya yollamışdılar. Bakıda da bu qoca qadına şəfqətlə yanaşdılar, hospitala yerləşdirdilər, qayğısını çəkdilər.

Nə də olsa, qocadır, ahıldır.

Sonra da İrəvana təhvil verdik.

Və Yevgeniya Babayan da bu gün deyib:

"Zirzəmidən çıxanda gördüm 10 əsgərdir. Məni zorla, vuraraq maşına oturtduular. Bakıya apardılar, orada üç polis idarəsində oldum. Hər yerdə mənimlə it kimi davrandılar. Su istədim, yarım fincan çay verdilər, masaya bir tikə qənd atdılar. İçmədim, dedim ki, it deyiləm, insanam.

Məni məcbur etdilər ki, videokamerya baş nazir Nikol Paşinyanın pis olduğunu deyim. Vərəqdə olanları oxudum. Polis idarələrindən birində gördüm ki, iki erməni kişini döyərək öldürdülər".

Gecədir, gecdir.

Amma deyilənləri araşdırmaq üçün dövlət qurumları ilə, qoca Yevgeniya ilə təmasda olmuş adamlarla danışdım.

Erməni qarı yalan danışır.

Sərt, təhqiramiz heç nə yazmaq istəmirəm. Yenə deyirəm - qocadır, ahıldır.

Amma Yevgeniyanın 85 yaşı olsa da, o, ermənidir.

Ömrünün qürub çağında həyasızcasına yalan danışır.

Çünki öyrəşib, gözlərini açandan belə yaşayıb, belə düşünüb.

Yevgeniyanın davranışı hamımıza dərs olmalıdır.

Erməniyə əsla, amma əsla inanmaq olmaz.

Bu etnosa, bu millətə inanmaq ən böyük, ən acı səhvimiz olardı.