adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2020 11:03
87451
TEXNOLOGİYA
A- A+

Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı

Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.

Report xəbər verir ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet saytı fəaliyyətə başlayır.

Belə ki, istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.

Həmçinin, bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə “Facebook”, “Telegram”, “Apple”, “Google” və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq mümkündür.

Əlavə olaraq, “Telegram” mobil tətbiqində @FakeazBot-dan istifadə edərək, şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.