adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2020 16:01
41952
HADİSƏ
A- A+

İzmirdə dağıntıların altında qalan uşaq: “Qardaş, sən getmə...” - VİDEO

İzmirin Seferihisar rayonu yaxınlığında baş verən 6.6 bal gücündə zəlzələdə dağılan binaların altından axtarış xilasetmə işləri davam edir.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılır.

“RİA Novosti” isə xilasedicilərin dağıntıların altından salamat uşaq çıxardığı barədə kadrlar yayıb.

Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 26 nəfər həlak olub, 831 nəfər xəsarət alıb.

Ümumilikdə 17 bina uçub. Onların səkkizində xilasetmə işləri başa çatıb, qalan doqquz binada isə axtarış işləri davam edir. Son məlumatlara görə, bu saata qədər 100-dən çox insan xilas edilib.