adalet.az header logo
  • Bakı 6°C
31 Oktyabr 2020 16:15
26909
SAĞLAMLIQ
A- A+

Son bir gündə dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir gündə dünyada koronavirusa yoluxmada rekord artım qeydə alıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı statistika ÜST-ün rəsmi saytında dərc olunub.

Bildirilir ki, son 24 saat ərzində 505 756 koronavirus xəstəsi qeydə alınıb. Bundan əvvəlki rekord 490 298 nəfər (24 oktyabr) idi.

Oktyabrın 27-də ÜST həftə ərzində koronavirusa yoluxmada rekord artım görmüşdü.

Beləliklə, dünyada yoluxmuşların sayı 2,8 milyon nəfər artıb. Bu, bütün pandemiya dövrü üçün ən yüksək göstəricidir. Eyni zamanda, ölüm hadisələrinin sayı təxminən 40 min artıb, bu da bir həftə əvvələ nisbətən bir neçə min çoxdur.