adalet.az header logo
  • Bakı 19°C

ERMƏNİLƏRİN ƏN GÖZƏL TƏRİFİNİ MİRZƏ CƏLİL VERİB

37169 | 2020-11-02 12:41

Ölməz Mirzə Cəlil  hələ 110 il bundan əvvəl «Usta Zeynal» hekayəsində ermənilərin tərifini verib.  Heç bir  şərhə ehtiyac yoxdur. Həmin hekayədən bir parçanı sizlərə təqdim edirəm.

BUYURUN, OXUYUN!

"Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar?”

Usta Zeynal gəci mala ilə səqf vurub dedi:

-"Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa dümək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsulman oldu, -onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir

səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Xüdayi-əzz və cəll. (Allah əziz və cəlallıdır.)

"Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar. Mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər?”

Usta Zeynal malanı qoydu taxtanın üstünə; çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi:

-"Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər.... Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır.”

Qurban çıxdı nərdibana və başladı:

"Bəli, qıl körpüdən keçəndədi tamaşa!...”

TƏQVİM / ARXİV