adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Noyabr 2020 12:28
96085
ƏDƏBİYYAT
A- A+

Bizim üçün millətin, dinin fərqi olmayıb - Şəhanə Müşfiq yazır

Bəzən etiraz edirlər ki, "türk" sözü, "türk ordusu" ifadəsini işlətməyin, ordumuzda talış da var, ləzgi də, tat da, yəhudi də. Razıyam. Orduda yer alan, torpaqlarımız üçün vuruşan türkə də, talışa da, ləzgiyə də, tata da, yəhudiyə də, avara da, rusa da, kürdə də can qurban... Amma əzizlərim, unutmayın, erməni həmişə bizə "türk" deyib qırıb. Türkü də, qeyri-millətləri də. Hamımızın onlar üçün bir adı olub- "türk". Və onlar həmişə bu "türk" sözünü bizi alçaltmaq, aşağılamaq, söymək kimi istifadə ediblər. "Türk" deyərək bizi yazıq, məğlub kimi göstərməyə çalışıblar. Ona görə biz də indi düşmənin burnunu ovanlara onların öz dilində "türk" deyirik. Onlardan fərqli olaraq qürur mənbəyi kimi... 

Azərbaycan həmişə çoxmillətli ölkə olub. İnanın, öz adıma heç zaman millət ayırmaq yadıma da düşməyib. Dostum olub ki, illər sonra xristian olduğunu bilmişəm, 7 ildir tanıdığım bir tanış qızın tat olduğunu o gün öyrənmişəm. Və bu, münasibətlərimizə zərrə təsir göstərməyib. Yəni, bizim üçün millətin, dinin fərqi olmayıb. Hamımız azərbaycanlıyıq, hamımız Azərbaycanıq! Xahiş edirəm, bir olmalı olduğumuz zamanda öz içimizdə ayrı-seçkilik salmayın. Təkrar deyirəm, bu vətən üçün canını verməyə hazır olan hər kəsin canına, qanına, qeyrətinə qurban!