adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Noyabr 2020 19:00
82040
TEXNOLOGİYA
A- A+

"Facebook" şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəltdi

"Facebook" şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəldib.

Trend-in məlumatına görə, bundan əvvəl bu sosial şəbəkə platformasında Azərbaycanla bağlı axtarışlar zamanı çıxan xəritədə Dağlıq Qarabağ ərazisi münaqişə zonası kimi qeyd edilmişdi.

Lakin son günlərdə aktiv sosial şəbəkə istifadəçiləri tərəfindən şirkətə edilən müraciətlər nəticəsində "Facebook" öz platformasında Azərbaycanın xəritəsində düzəlişlər edib və Dağlıq Qarabağ münaqişə zonası çərçivəsindən çıxarılıb.