adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Noyabr 2020 12:46
51940
HADİSƏ
A- A+

Mənimlə birlikdə 60 nəfər idi, onlar da döyüşmək istəmirdilər - Erməni Adventist kilsəsinin pastoru

Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər.

Trend-in məlumatına görə, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan deyib.

Hovsep Saakyan Araratoviç erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb. İmanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər:

"Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq. Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim 9 aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.