adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2020 17:01
60488
TEXNOLOGİYA
A- A+

"Azercell” şəhidimizin ailəsini himayəsinə götürdü

"Azercell" Vətən uğrunda gedən döyüşlərdə şəhid olan Röyal Cəfərovun ailəsini himayəyə götürüb. Şirkət tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək. Şəhidimizin 3 yaşlı qızı və 3 aylıq oğlunun gələcəkdə digər ehtiyaclarının da şirkət tərəfindən qarşılanması nəzərdə tutulub.

Qeyd edək ki, "Azercell" vətən uğrunda şəhid olan oğullarımızın ailələrinə indiyə qədər dəfələrlə dəstək olub.