adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Noyabr 2020 18:02
84722
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN

Öndər qoydu təməlin dövlətin

Böyük arzusuyla xalqın, millətin,

Gözəllikdə yoxdur bənzərin sənin

Dünyaya yayılıb şanın-şöhrətin.

               

Qururla dalğalanır bayrağın sənin

Övladların var cəsur və mətin,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

               

Övladlarıynan onlar bərabər

Vətənə olmuşlar sanki bir əsgər,

Arzu, Leyla, Heydər, Mehriban

Xalqa xidmət edirlər heç yorulmadan.

 

Arzum budur o bir Allahdan

Onları qorusun uca yaradan,

Oğlundur İlham qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

           

Rəbbimiz bəxş eyləmiş onları sənə

Hər zaman sadiqlər xalqa, millətə,

Onlardır aparan bizi zəfərə

Şərəflə xidmət edirlər doğma vətənə,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

 

Xalqımız sevmişdir övladlarını

Onlar da sevirlər böyük xalqını,

Onlarda vətənə olan məhəbbət

Bizlərə olmuşdur həm örnək, həm də ki ibrət,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

           

Siyasət, mədəniyyət bir də ki, idman

Onların diqqətindədir hər gün, hər zaman,

Onlardır hər zaman qurub yaradan

Vətəni cənnətə çevirən insan,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

        

Günbəgün gözəlləşir ana vətənim

Onlarla fəxr eyləyir xalqım millətim,

Qurub yaradırlar gözəl bir məkan

Xalqımız yaşayır rahat firavan,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

            

Kimsənin cəsarət etmədiyini

Hər zaman şərəflə qurub-yaradan,

Avropanı sənə gətirən

Dünya tarixinə adını yazan,

Oğlundur İlam, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

            

Heydər babamızın yolunu tutan

Durmadan dünyaya səni tanıdan,

Onlarla dövlətdən təltif olunan

Hər evdə sevilən sayqı duyulan,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

     

Onların sayəsində çiçəkləndin sən

Onlarla hər zaman fəxr edirəm mən,

Onları hər zaman sevəcəyik biz

Bizlərə olmuşlar doğmadan əziz,

Xalqımız verəcək onlara dəstək

Onlarladır bizim gələcək,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

 

Onların xidmətini görməyən insan

Ya kordur, ya da ki nadan,

Onları sevməyən varsa da insan

Ya xaindir, ya da ki düşman,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azırbaycan.

                 * * * * *

Sıradan vətəndaşam, yox umacağım

Dünyaya çatdırmaqdır mənim amacım,

Qoy bilsin dünya, qoy bilsin hamı

Xalqımız sevmişdir oğlun İlhamı

Hər kəsə əzizdir qızın Mehriban

Onların yolunda keçərik candan

Oğlundur İlham qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

                 * * * * *

Eşit ey dünya, eşit ey cahan

Ürəkdən söyləyir hər kəs hər insan,

Arzu, Leyla, Heydər, Mehriban

Sizləri qorusun uca yaradan,

Oğlundur İlham, qızın Mehriban

Yaşa ana vətən can Azərbaycan.

 

Ey bacı, qardaşlar

Mənim bircə arzum var,

Gəlin verək əl-ələ

Birlikdə söyləyək cümlə aləmə

Yaşa İlham, yaşa Mehriban

Yaşa ana vətən can Azərbaycan.

 

Əvəz Səfər