adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Noyabr 2020 19:00
38380
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin 5 gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.