adalet.az header logo
  • Bakı 11°C
16 Noyabr 2020 23:20
34448
İDMAN
A- A+

“Milan” Zlatanın əvəzləyicisini tapdı

“Milan” futbolçusu Zlatan İbrahimoviçin əvəzinə qış transfer pəncərəsində yeni oyunçu almaq niyyətindədir.

Qol.az “Corriere fello Sport”a istinadən xəbər verir ki, İtaliya klubu 39 yaşlı isveçli hücumçunun milli komandanın oyunlarında çıxış edərək, yorulduğunu düşünür. Buna görə də “Milan” PSV-dən Doniell Maleni transfer etmək niyyətindədir. Lakin Hollandiya klubu 21 yaşlı hücumçunun keçidi üçün həddindən artıq tələblər irəli qoyur.

Bundan əlavə, A seriyası yəmsilçisi “Real”ın oyunçusu Luka Yoviçlə də maraqlanır.

Qeyd edək ki, Malen bu mövsüm Hollandiya çempionatında 8 oyuna çıxıb və 4 qol vurub. O, bombardirlik yarışında Çukvunonso Madueklə birlikdə liderdir.