adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Noyabr 2020 17:06
41210
HADİSƏ
A- A+

Goranboyda avtomobillə vurulan kişi ölüb

Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 50-55 yaşlı kişi vurulub.

DİN-dən Adalet.az-a bildirilib ki, noyabrın 16-da saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.