adalet.az header logo
  • Bakı 20°C
18 Noyabr 2020 14:55
24294
İDMAN
A- A+

QURBAN QURBANOV, HAZIRLAŞ 

Azərbaycanın müzəffər ordusu Qarabağı azad edəndən  sonra bilirsiniz  mənə ilk dəfə kim zəng elədi?! «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov. Gözaydınlığı verdi, çox söz dedi. Onun dediklərini  yazmaq istəmirəm, çünki bu təvazökarlıqdan uzaq olar.

Mən də onu və komandasını  təbrik etdim və dedim:

- Qardaşım Qurban, hazırlaş, növbəti Azərbaycan çempionatını İmarətdə  başlayacağıq.

O da cavabında:

- İnşallah! Bu iyirmi  yeddi illik arzumuzdu! Ali Baş Komandan  İlham Əliyev  bizi bu arzuya çatdırdı.