adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Noyabr 2020 20:00
51923
HADİSƏ
A- A+

Bu il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı açıqlanıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.