adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Noyabr 2020 22:45
25377
İDMAN
A- A+

Ərdoğan bəyan etdi: "Qarabağ"ın matçı azarkeşsiz olacaq

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.

Adalet.az Report-a istinadən xəbər verir ki, buna ölkədə koronavirus pandemiyasına görə azarkeşlərlə bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı bildirib ki, idman yarışları azarkeşsiz keçirilməyə davam edəcək. O, həmçinin mini-meydanların fəaliyyətinin də müvəqqəti dayandırılacağını açıqlayıb.

Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.